Gənclərlərə milli-mənəvi dəyərlər aşılanır

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gənclər üçün milli-mənəvi dəyərlərlə bağlı seminar keçirilib. Tədbir gəncləri milli-mənəvi, həmçinin dini dəyərlərə hörmət etməyə, ölkəmizdə milli-mənəvi dəyərlərin və onun tərkib hissəsi olan İslami dəyərlərin, həmçinin tolerantlıq ənənəsinin qorunması istiqamətində görülən işlər barədə gənclərin məlumatlılığını artırmaq məqsədi daşıyıb.

Tədbirdə giriş sözü ilə çıxış edən nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva gənclərlə iş sahəsində vətənpərvərlik amilinə, azərbaycançılıq məfkurəsi, milli dəyərlərin qorunması və gənclərə aşılanmasına xüsusi diqqət yetirildiyini, milli şüurun, milli özünüdərkin formalaşmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin, çoxəsrlik tariximizin, mədəniyyətimizin gənclər arasında öyrənilməsi ilə bağlı müxtəlif konseptdə tədbirlər həyata keçirildiyini deyib, seminarla bağlı fikirlərini bölüşüb.

Agentliyin direktoru Vüqar Babayev milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların birliyinə xidmət etdiyini vurğulayıb, ölkəmizdə milli dəyərlər sisteminin əsasları, mühafizəsi və təbğliği istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanda dövlət qayğısı ilə dini abidələrimizin bərpası davam etdirilir, insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olunmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, əsasən də gənclərin milli-mənəvi dəyərlə sadiq yetişməsinə böyük önəm verilir.

Vüqar Babayev mövzu ilə bağlı fikirlərini ifadə edib, məsələ ətrafında gənclərlə fikir mübadiləsi aparılıb.

 

    

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti